Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Britaniya su altında qaldı

Birləşmiş Krallıqda artıq iki həftədir ki, davam edən pis havanın qurbanları getdikcə artır.

Artıq qurbanların sayı yeddi nəfər olub. Britaniya polisi bildirib ki, İngiltərənin cənub-qərbində bir qadınla, bir kişi seldə batıblar. Daha bir sakin isə selə düşərək itkin düşüb.

Hal-hazırda Böyük Britaniyanın 350 rayonunda sel təhlükəsi var. Sürətli külək vəziyyəti daha da pisləşdirir. Qasırğa minlərlə evi işıqsız qoyub. Leysan yağışlar isə davam edir və bu xilasedicilərin işinə də mane olur. Ağır hava şəraiti dəmir yollarına və avtomobil yollarına ciddi xəsarət vurub. Bir çox yol hal-hazırda bağlıdır. Vəziyyətdən çıxmaq üçün hakimiyyət təcili "Kobra" böhran komitəsini yaradıb.
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber