Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Qəhrəmanın güllələnən əmisi xəstəxanada öldü

Dekabrın 30-da Ağcabədi rayonunun Afşar kəndində güllələnən Zahid Qarayev adlı şəxs bu gün dünyasını dəyişib.

Bu barədə Z.Qarayevin müalicə aldığı M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan məlumat verilib. Onu dəfn etmək üçün yaşadığı kəndə aparıblar.

Xatırladaq ki, dekabrın 30-da Ağcabədi rayonunda silahlı insident baş verib. Avşar kəndində baş vermiş silahlı insident zamanı şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib.

Qeyd edək ki, son zamanlar Ağcabədi rayonunda silahlı insident tez-tez baş verir. Təkcə dekabr ayında yalnız Afşar kəndində iki belə hadisə baş verib (Aznews.az).
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP