Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

Bu gün axşam saatlarında Bakı Dairәvi yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, Bakı Dairəvi yolunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qəzada yaralanan şəxs 45 yaşlı Validə Məstəliyevadır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya uğrayan avtomobildəkilər eyni ailənin üzvləri olublar. Ata və oğul hadisə yerində dünyasını dəyişib, ana Validə Məstəliyeva isə ağır yaralanıb.

***
23:20
APA-nın verdiyi xəbərə görə, “Chevrolet” markalı avtomobil yol kənarındakı metal arakәsmәlәrә çırpılıb.

Hadisә nәticәsindә 3 nәfәr - 2 kişi vә 1 qadın həlak olub.

Maşında sıxılıb qalmış cәsәdlәr yaxınlıqdakı vətəndaşlar tәrәfindәn çıxarılıb.

Ölәnlәrin şәxsiyyәtləri dәqiqlәşdirilir.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41