Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

İraqda “Əl-Qaidə” ilə əlaqəli 62 silahlı zərərsizləşdirilib

İraqda Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 62 silahlısı məhv edilib.

Apa-nın “France Press” agentliyinə istinadən verdiyi məlumata görə, 16 silahlı Əl-Xəldiyə, 46-sı Ər-Rəmadi şəhərində zərərsizləşdirilib. Əməliyyat İraqın xüsusi xidmət orqanları və yerli icmaları tərəfindən keçirilib.

Xatırladaq ki, yaxınlarda “İraq və Levantedə İslam Dövləti” qruplaşması İraqın Əl-Fəluca şəhərinin yarısını, Ər-Rəmadi şəhərinin isə bir hissəsini ələ keçirmişdi.
1529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber