Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Ərdoğan baş verənlərlə bağlı böyük toplantı keçirəcək

Türkiyə baş naziri sabah ölkədə baş verənlərlə bağlı böyük toplantı keçirəcək

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ədliyyə naziri Bekir Bozdağ, daxili işlər naziri Efkan Ala, ölkənin baş kəşfiyyat orqanı – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, İstanbulun yeni Əmniyyət Müdiri Selami Altınokla görüşüb.

Türkiyə mediasının verdiyi məlumata görə, görüşdə Türkiyədə dekabrın 17-də keçirilən “rüşvət əməliyyatı”ndan sonra ölkədəki proseslər müzakirə edilib.
Müzakirələrdən sonra baş nazirin sabah İstanbulda bəzi nazirlərin iştirakı ilə son proseslərlə bağlı 45 nəfərlik bir qrupla toplantı keçirməsi barədə qərar qəbul olunub. Görüşə qatılacaq heyətə mətbuat nümayəndələri, yazarlar, qeyri hökumət təşkilatları nümayəndələri daxil olacaq.
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.