Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

İraqın Ənbar əyalətində gün ərzində 100-dən çox adam həlak olub

Yanvarın 3-də İraqın Ənbar vilayətində güc strukturları və sünni təriqətinə mənsub silahlılar arasında baş verən toqquşmalarda 100-dən çox adam həlak olub.

“Lenta.ru”-nun verdiyi xəbərə görə, Əl-Fəluca və Ər-Rəmadi şəhərlərində silahlı toqquşmalar davam edir.

Yerli mənbələrin məlumatına əsasən, gün ərzində 32 dinc sakin və üsyançıları dəstəkləyən “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 71 silahlısı həlak olub.

Hökumət qüvvələri arasında ölən və xəsarət alanların sayı barədə məlumat verilmir.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19