Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

"Atatürk" hava limanında bomba həyəcanı

Türkiyə İstanbul şəhərinin "Atatürk" hava limanında unudulan çanta sərnişinlər arasında təşvişə səbəb olub. "Doğan" agentliyi xəbər verir ki, hadisə yerli vaxtyla saat 21.15-də (Bakı vaxtıyla 23.15) xarici reyslərin həyata keçirildiyi terminalda baş verib.

Dərhal hadisə yerinə axtarış-xilasetmə qrupu cəlb olunub və çanta, içində partlayıcı qurğu olma ehtimalına qarşı uzaqdan idarə edilən vasitə ilə partladılıb. Çantadan isə sadəcə qadın geyimləri çıxıb. Çantaya baxış keçirən ekspert qrupu burda hər hansı bir partlayıcı maddə izinə rast gəlməyiblər./ans/
1661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:11