Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Ərdoğan nurçuların 13 qəzetinə qadağa qoydu

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçulara məxsus olan qəzetlərə növbəti qadağa tətbiq edib. Azvision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Mətbuat Ərdoğanın Yaponiya və digər şərq ölkələrinə edəcəyi səfərlər zamanı yalnız AKP-yə yaxın olan qəzetlərin müxbirlərinin onunla birlikdə getməsinə icazə verdiyini yazıb. Qadağa qoyulan mətbuat orqanları sırasında nurçu camaata yaxın olan qəzetlərlə yanaşı müxalifət yönümlü və müstəqil qəzetlərin də olduğu qeyd edilib.

Qeyd edək ki, rüşvət əməliyyatından sonra müxalifətə və camaata yaxın olan qəzetlərin “Türk Hava Yolları”nın təyyarələrində paylanması yasaq edilmişdi.

Qadağa qoyulan qəzetlərin siyahısı belədir:

1. “Zaman”

2. “Taraf”

3. “Bugün”

4. “Today`s

Zaman”

5. “Habertürk”

6. “Milliyet”

7. “Hürriyet”

8. “Vatan”

9. “Radikal”

10. “Posta”

11. “Sözcü”

12. “Cümhuriyet”

13. “Yurt”
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı