Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Suriyada günahsız sürücülərin qatili öldürüldü (Foto - Video)

Təxminən 2013-cü ilin yay aylarında sürücüləri saxlayıb "sünni, şiə" olmasını yoxlayaraq onları qətlə yetirən vəhabi terrorçu öldürülüb

İslamazeri.az-ın "Rast Haber"ə istinadən verdiyi xəbərə görə, "rəhbərimiz yeziddir" şüarıyla Suriyada terror aktları həyata keçirən "İraq Şam İslam Dövləti" adlı qruplaşmanın ən qansız terrorçularından olan Şakir Vəhbi bir neçə gün öncə İraqda məhv edilib.

Suriyada 2013-cü ilin yay aylarında sürücülərin sünni olmadığına görə qətlə yetirməsi dünya ictimaiyyətini də lərzəyə salmışdı.

Hadisə isə belə olmuşdu:  Terrorçular yol kəsərək 3 yük maşını sürücüsünü saxlayırlar. Sürücülərdən "Sünnisən yoxsa Şiə? (Nusayrimi)" deyə sual soruşurlar. Sürücülər "Sünniyəm" deyə cavab verdikdə isə, bu dəfə ayə-hədis oxudub islami terminləri soruşurlar. Daha sonra da şiə olduqlarını öyrəndikləri zaman, döyüşlə heç bir əlaqəsi olmayan sürücüləri yerindəcə güllələyirlər. Yezidçi-vəhabilərin bu terrorunun videosunun tam versiyasını sizə təqdim edirik.


























1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber