Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Ağcabədi qarışdı - Polis kəndi nəzarətə götürdü

Afşar kəndində güllələnən Zahid Qarayevin xəstəxanada ölməsinə görə qohumlarının qisas alacağı xəbərini alan Ağcabədi polisi səfərbər olunub. Ağcabədi rayonundan olan qaynağın “Axar.az”a bildirdiyinə görə, Ağcabədi Polis İdarəsinin əməkdaşları hazırda Afşar kəndindədirlər və nəzərdə tutulan qisas ehtimalının qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hadisələrin axarını isə təsəvvür etmək belə çətindir.

Məlumat üçün bildirək ki, dekabrın 30-da kənd sakinləri Zaur və Anar Baxşəliyevlər şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi onun öz evində vurmaq istəyərkən, atılan güllələr şəhidin əmisi Zahid Qarayevə dəyib. Zahid Qarayev bu gün günorta saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan vəfat edib. Hazırda onun meyitinin bu dəqiqələrdə kəndə çatacağı bildirilir. Polis isə Abdullayevlərin qisas almasından olduqca narahatdır. Afşar kəndi klassik ənənələrə bağlı və qapalı kəndlərdən hesab olunduğu üçün polisin narahatlığına ciddi əsas var. Qaynağın xəbərinə görə, Ağcabədi polisi Afşar ağsaqallarının bu qan düşmənçiliyinə müdaxilə edəcəyi ana qədər kəndə ciddi nəzarət etməkdən ayrı əlac görmür. Əlavə edək ki, bu güllələnmə nəticəsində həbslər və polisin gördüyü tədbirlər barədə bayram günləri olduğu üçün ictimaiyyətə ətraflı məlumat verilməyib. Bu gün Afşar kəndində daha bir bıçaqlanma hadisəsinin olması da polisin narahatlığını artırıb. 17 yaşlı rayon sakini Rza Fətullayev Avşar kənd sakinləri Cəsarət Əkbərov və Pərviz Əlizadəni bıçaqlayıb.
1761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı