Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

3-cü dərəcəli mason – Adnan Oktar

“Məni onların hər biri ilə cinsi əlaqəyə girməyə məcbur edirdilər. Onlardan ayrılmaq istədiyimi deyəndə isə cəhənnəmə düşəcəyimi deyib məni mənəvi təzyiq altında saxlayırdılar.” Adnan Oktar - 1956-cı ildə Türkiyənin Ankara şəhərində dünyaya göz açıb.

Türkiyədə"Texniki və Elmi Araşdırma" və "Milli Dəyərlərin Mühafizəsi" Vəqfinin qurucusu və fəxri sədridir. Hələ universitetdə oxuyarkən təkamül, materializm, kommunizm, masonluq, sionizm kimi ateist nəzəriyyələrə qarşı çıxmış və bu sahələrə qarşı əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa, yazıçı Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır. Adnan Oktar Cavid Yalçın təxəllüsündən istifadə etsə də əsərlərinin əksəriyyətini Harun Yəhya təxəllüsü ilə çap etdirmişdir. Lakin onun bütün bu “xidmətlər”i son dövrlərdə bəzi həqiqətlərin üzə çıxmasına mane ola bilmir.

Masonluğa, Darvinizmin ifşasına dair bir sıra kitabların müəllifi olan Adnan Oktarın (Harun Yəhya) üzündəki duvaq yavaş-yavaş düşür. Özünü “Mehdi” elan edən bu şəxsin atdığı addımlar hər kəsi təəccübləndirir. Dəfələrlə verilişinə “mason” qardaşlarını dəvət edib onlara təriflər yağdıran Adnan Oktar anlaşılmaz bir tərzdə kitabında onları “kafir”, “düşmən” adlandırır. Əslində, 7 xəstəxanada “şizofren” diaqnozu qoyulmuş bir adam üçün bu hal heç də təəccüblü hesab olunmamalıdır. Ən gülməlisi də Harun Yəhya kimi tanınan bu şəxsin öz verilişində üç-dörd əcnəbi vətəndaşı “masonlar” adı ilə təqdim edib özünün tekris (masonluğa qəbul) mərasimini təşkil etməsidir. Verilişlərində də tez-tez özünün 33-cü dərəcəli mason olduğunu və lojada masonlarla namaz qılmasını bəyan etməsi isə ayrı bir komediyadır. Bu şəxs ilə bağlı maraqlı hadisələr hələ də davam etməkdədir. Türkiyə kanallarının birində veriliş aparan Harun Yahya öz proqramını “kediciklər” adlandırılan yarıçılpaq qızların müşayiəti ilə aparır. O, bu qızları cəmiyyətə örnək göstərir, hətta onların üzündə dini ayələrin olduğunu iddia edir. Bu qızların hamısının açıq və dar geyimli olması, xüsusən də kosmetik boyalardan ifrat dərəcədə istifadə etməsi diqqət çəkir. Bu “ehtiras mələkələri” Türkiyədə son günlər valideylərin də təzyiqinə tuş gəlib. Estetik və plastik əməliyyatlarla gözəl üz cizgilərinə və bədən quruluşuna malik olan bu “sarışınlar” gəncləri öz təsirlərinə salırlar. Bu “gözəllərə” aldanıb təriqətə qoşulan və öz ailələrini dağıdan gənclərin sayı gün keçdikcə artmaqdadır.

“Çılpaq şəkildə namaz qılmaq”

Onun yaratdığı dini icmanın tələsinə düşən 7 gizli şahid, polis tərəfindən dindirilmə zamanı bunları etiraf edib: “16 yaşım olanda bir oğlanla tanış oldum. Sonradan öyrəndim ki, Adnan Oktarın müridlərindəndir. O, mənə dini təlqin edərək namaz qılmağın vacibliyindən, ancaq bu namazın hər kəsin bildiyi kimi deyil, gündə 2 rükət çılpaq şəkildə qılınmalı olduğundan bəhs edirdi”. Təzyiqlərə məruz qalan daha bir gizli şahidin ifadəsi: “Orada mənə cinsi əlaqəyə girməyin qardaşlara xidmət olduğunu və bu gözəl əməlin qarşılığını o biri dünyada alacağımı deyirdilər. Adnan Oktarın yaratdığı təriqətdə vaginal əlaqə haram, anal və oral seks isə qanuni hesab olunurdu. Təriqətin üzvlərinə “qardaşlar” deyilir. Məni onların hər biri ilə cinsi əlaqəyə girməyə məcbur edirdilər. Onlardan ayrılmaq istədiyimi deyəndə isə cəhənnəmə düşəcəyimi deyib məni mənəvi təzyiq altında saxlayırdılar.” Bütün bunları göz önündə tutaraq belə nəticəyə gəlmək olar ki, əməllərində barışmaz ziddiyyət olan Adnan Oktar ya ruhi xəstədir, ya da xarici qüvvələrin maliyyələşdirib ortaya buraxdığı dağıdıcı fiqurdur.
Habertürk
1735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...