Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

“Ayfon 5S”dən “Samsunq” detalı çıxdı

Avropa Birliyi (AB) ölkələrində vətəndaşların banklara kredit borcu 800 mlrd. avroya çatıb
“Əpl” və “Samsunq” bir-birilərinə qarşı dəfələrlə məhkəmə davası açan, bir-birilərindən milyonlarla dollar həcmində təzminat tələb edən əzəli rəqiblərdir. Halbuki bu iki nəhəng firmanın yeni məhsullar istehsal edəndə bir-birilərindən dəstək aldıqlarını çox az adam bilir.
“Ayfon 5S” adlı telefonu sökən təchizatçılar ondakı 64-bit “AM A7” (“ARM A7”) prosessorun “Samsunq” tərəfindən istehsal olunduğunu öyrəniblər. Adıçəkilən prosessor “Samsunq Qalaksi S4”də (“Samsung Galaxy S4”) istifadə olunan “Eqzinos 5410” (“Exynos 5410”) ilə eyni yerdə hazırlanıb. Görünən odur ki, bu iki rəqib firma bir-birilərindən imtina edə bilmirlər. Sözügedən firmalar əllərinə düşən hər fürsətdə qarşı tərəfə od püskürsələr də, fabriklərində bir-birilərinə lazım olan avadanlıqlar hazırlayırlar. Qeyd edək ki, “Samsunq”un özü də “Əpl”ə aid bir çox patentdən istifadə edir.

Xezer
1754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı