Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Gülər-Elşad davası 2014-cü ildə də davam edəcək

Əfsər Talıbov: “Onun son müraciətini cavabsız qoymaq fikrimiz yoxdur”
Xəbər verdiyimiz kimi, yeni ilin ilk günündə ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətində qardaşı Mahir Abdullayevin tapılmasını tələb edən E.Abdullayev bu günə qədər sözügedənistiqamətdə hüquq-mühafizə orqanlarının, Müstəqil İstintaq Komissiyasının gördüyü işləri sadalayıb, ona qarşı olan təzyiqləri yada salıb. Bununla yanaşı, E.Abdullayev hazırda həbsdə olan, barəsində 3 il azadlıqdan məhrumetmə cəzası verilən sabiq deputat Gülər Əhmədova barəsində də bu günə qədər verdiyi açıqlamaları yada salıb, onun üçün 3 il həbs cəzasının yetərsiz olmasını vurğulayıb.

G.Əhmədovanın vəkili Əfsər Talıbov isə “Yeni Müsavat”a açıqlamasında E.Abdullayevin bu müraciətindən xəbəri olduğunu, amma onu dərindən incələmədiyini dedi. Onun sözlərinə görə, bundan sonra sabiq rektorun G.Əhmədovaya qarşı yönəlmiş heç bir ittihamını, böhtanını cavabsız qoymaq fikrində deyillər: “Mən hazırda həmin müraciəti diqqətlə oxuyuram, ona müvafiq cavab verəcəyəm. Elşad Abdullayev elə düşünməsin ki, Gülər xanım haqda hər cür şər-böhtanı deyəcək və biz bunu cavabsız qoyacağıq. Ən qısa zamanda onun iftiralarına faktlar və arqumentlərlə cavab verəcəyik”.

Bu isə Gülər Əhmədova-Elşad Abdullayev davasının 2014-cü ildə də son sürətlə davam edəcəyini göstərir.
1593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber