Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Nurçular baş nazir Ərdoğana sülh təklif edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçuların yüksək səviyyəli təmsilçisindən məktub alıb. Apa-nın xəbərinə görə, R. T. Ərdoğan bunu jurnalist-yazarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bu gün İstanbulda keçirdiyi qapalı görüşdə deyib.

O, məktubun konkret kimdən gəldiyini açıqlamayıb. Jurnalistlər məktub sahibinin Fətullan Gülən və ya onun yaxın ətrafındakı şəxslərdən biri ola biləcəyini təxmin edir. Məktubda nur (Gülən) icması adından hökumətə sülh və barışıq təklif olunur.

Lakin R. T. Ərdoğan heç kimlə sövdələşməyə getməyəcəyini, hüquq-mühafizə orqanları və məhkəmə sistemindəki nurçuların hamısını sistemdən kənarlaşdıracaqlarını qətiyyətlə vurğulayıb.

Baş nazir “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü də söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Əsgər adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.

R. T. Ərdoğan 17 dekabr 2013-cü ildə gerçəkləşdirilən rüşvət və korrupsiya əməliyyatını hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirib. O, aparılan rəy sorğularına əsasən Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqinin qətiyyən aşağı düşmədiyini və 30 mart bələdiyyə seçkilərində yenidən parlaq zəfər qazanacaqlarını açıqlayıb.

Xatırladaq ki, Türkiyə hökuməti 17 dekabr əməliyyatında polis, prokurorluq və məhkəmə orqanlarında mövqe tutmuş nurçuları ittiham edir.
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30<