Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

İraqda antiterror əməliyyatı zamanı 8 hərbçi həlak olub

İraqın qərbindəki Əl Anbar əyalətində ötən gün “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri ilə baş vermiş döyüşlərdə 8 hərbçi həlak olub. Apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, ən qızğın döyüşlər son həftələr antiterror əməliyyatlarının aparıldığı Əl Fəluca və Ramadi şəhərlərinin ətrafında baş verib. Bir neçə gün əvvəl Əl Fəluca şəhərinin “Əl Qaidə” yaraqlıların nəzarətinə keçdiyi bildirilirdi.

İraq hərbçiləri Əl Fəluca və Ramadi şəhərlərinin ətrafında baş vermiş döyüşlərdə 60 terrorçunun öldürüldüyünü bildiriblər.
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
Go to TOP