Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

20 yaşlı gənc özünü körpüdən ataraq intihar edib - Video

Bakıda 20 yaşlı gənc "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdən özünü ataraq intihar edib
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Apa-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.


1876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08