Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

"Əl-Qaidə"nin 55 yaraqlısı öldürüldü

İraqın Əl-Falluca şəhərinin kənarına endirilən aviazərbələr nəticəsində "Əl-Qaidə" terror təşkilatının 30 yaraqlısı öldürülüb.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu informasiyanı İraqın "Əl-İraqiya" telekanalı yayıb. "Əl-Qaidə"nin 25 yaraqlısı isə ölkənin Ramadi şəhərində öldürülüb.

Xatırladaq ki, Əl-Falluca şəhərinin mərkəzinə "Əl-Qaidə"nin İraq filialı hesab edilən "İraq islam dövləti və Levanta" terror təşkilatı nəzarət edir. İraq Quru qoşunlarının komandiri, general Əli Qaydan deyib ki, yaxın saatlarda silahlı qüvvələr terrorçuların Əl-Falluca şəhərindəki mövqelərinə hücum edəcəklər. Şahidlər bildirir ki, Ramadi şəhərinin mərkəzində də terrorçularla dövlətə məxsus qüvvələr arasında döyüş gedir./ans/
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24