Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Bu günün hava proqnozu

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq

Həyat tərzi Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 0-3° isti, gündüz 4-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək./ans/
1522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
</