Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Fətullah Gülənin göndərdiyi məktubda nə yazılıb?

Türkiyə mətbuatı ötən gün Fətullah Gülənin yazdığı məktubun kimə ünvanlandığından və içində nələrin yazıldığından bəhs edib.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 45 nəfərlik qeyri hökümət təmsilçisi və jurnalistlərlə keçirtdiyi görüşdə ad çəkmədən Gülən camaatından məktub aldığını elan edib.
İstiqamet.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Ərdoğanın Fətullah Güləndən məktub aldığını elan etməindən sonra qarşı tərəfdən bu çıxışa cavab gecikməyib.
F.Gülənin söhbətlərinin yayıldığı herkul.org saytının redaktörü Osman Şimşek əvvəlcə tvitterdən, daha onra da herkul.org saytındanhəmin məktubun Ərdoğan göndərilmədiyini açıqlayıb.
Ərdoğanən açıqlamasından sonra Gülənə yaxınlığı ilə bilinən Türkiyə Jurnalistlər və Yazıçılar Vəqfi də məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada "Hocaefendi tərəfindən göndərilən məktub hörmətli cənab baş nazir Ərdoğana xitab olaraq yazılmadığı kimi, məzmununda da heç bir "bazarlıq" yoxdur" deyə bildirilir.
"Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Dolmabaxça"da bir qisim mətbuat mənsubu və qeyri-hökumət təşkilatları ilə bir araya gəldiyi yığıncaqda bir məktubdan söz edilmiş və bəzi jurnalistlər tərəfindən ictimaiyyətə bu məktub üzərindən yalnış məlumat verilib. Səhv bir məlumata görə mediada səhv məlumatların yayılmasını üzüntü ilə qarşıladıq. Ehtimal ki, hörmətli Baş nazirin sözləri tam anlaşılmadığından səhv başa düşülüb.
"Məsələnin əsli budur: Dərnəyimizin fəxri prezidenti Fəthullah Gülən xoca əfəndi, hörmətli bir dövlət böyüyümüzün göndərdiyi qiymətli bir insanla görüşmüş, görüşdən sonra bir məktub yazaraq cavab verib" - deyə açıqlamada bildirilir.
Türkiyə Jurnalistlər və Yazıçılar Vəqfinin bu açıqlamasından sonra Türkiyə mətbuatında adı keçən məktubla bağlı müxtəlif mülahizələr səsləndirilməyə başlanıb.
İddialara görə məktubu Pensilvaniyada yaşayan Fətullah Güləndən “Star” qəzeti yazarı Fehmi Koru gətirib və məktub Türkiyə prezidenti Abdullah Gülə ünvanlanıb. Herkul.org satının redaktörü Osman Şimşek F.Gülən prezidentə yazdığı məktubdan baş nazir Ərdoğanəın da xəbərdar olmasını istəyib.
Məktubda qısca Gülən aşağıdaki mövzulara toxunub:
-Gülən camaatına aid dershanelerin (hazırlıq kurslarının) bağlanmaması
- Dövlətdəki məmurlara dövlətin idarəsi ilə bağlı hər hansı bir əmr vermədiyini, müdaxilə etmədiyini
- Polis bölmələrində məmurların sırf bəlli qrupa aid olduqları üçün işdən çıxarılmalarından narahat olduğunu
- Hizmət hərəkatının qarşısının alınması üçün cəhdlər olduğundan narahat olduğunu
- Özünün və onu sevənlərin dünən hansı mövqedə olublarsa qarşıdan gələn seçkidə də eyni mövqedə olacaqlarını
- Bundan sonra da sabitliyin və sülhün bərqərar olması üçün çalışacağını bildirib.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı