Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Ən çox axtarılan terrorçu öldü

"Əl-Qaidə" ilə əməkdaşlıq edən "Abdulla Əzzəmin briqadası" qruplaşmasının başçısı Livandakı hospitalda ölüb.

Milli.Az bildirir ki, Məcid əl-Məcid böyrək çatışmazlığından ölüb. "Briqada"nın komandiri Səudiyyə Ərəbistanının ən çox axtarılan terrorçusu idi və ötən ilin dekabrında Livanda həbs edilmişdi.

"Abdulla Əzzəmin briqadası" bir çox Yaxın Şərq ölkələrindəki terror aktlarına görə məsuliyyəti boynuna götürüb. Beyrutdakı İran səfirliyinə də məhz onlar hücum etmişdilər. Həmin hadisə zamanı 23 nəfər ölmüşdü.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10