Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Gürcüstanda Stalinin heykəlini uçurdular

Gürcüstanın Telavi şəhərində II Dünya müharibəsində həlak olanların xatirə kompleksi yaxınlığında ötən ilin sentyabrında qoyulan İosif Stalinin heykəli uçurulub. Polis abidənin yıxılmasını müşahidə edib.

Teleqraf Rusiya KİV-ə istinadən xəbərinə görə, yerli rəhbərlik tərəfindən abidənin sökülməsi üçün tender elan edilib. Tenderi "Vətəndaş Təhsilı Fondu" qazanıb. Fond 634 lari qarşılığında abidənin sökülməsini öz üzərinə götürüb. "Trend" nəşri isə abidənin demontajı ilə bağlı tenderi "Tabula " təşkilatının udduğunu bildirib.

"Stalinçi" ictimai təşkilatının rəhbəri Şota Lazariaşvili abidənin sökülməsini "vandalizm" adlandırıb: "Hökumətlər gəlir və gedir, lakin Stalin qalır ".

Abidə ötən il sentyabrın 1-də ucaldılıb. Bir gün sonra isə kimlərsə onun üzərinə narıncı boya çəkib və "Qatil", "Rədd olsun Stalinizm" sözlərini yazıb.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP