Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

İlham Əliyevin də adı keçən məşhur «Susurluq» olayı yenidən araşdırılacaq

Türkiyədən Azərbaycanı silkələyəcək qərar

Türkiyədə açılmamış cinayət işləri ilə bağlı araşdırılma aparılarkən bir vaxtlar ölkə gündəmini zəbt etmiş “Susurluq” məsələsinə yenidən baxılıb. Ankara Cümhuriyyət Başsavcılığı (Ankara Prokurorluğu) 1996-cı ildə öldürülən qumarxanalar kralı Ömər Lütfü Topal cinayətinə yenidən baxılması tələbi ilə çıxış edib.
Prokurorluq aralarında polislərin də olduğu şübhəlilərin yeniden məhkəməyə çıxarılmasını tələb edərkən Mehmet Ağar, Korkut Eken ve Ibrahim Şahinin Topal cinayəti ilə bağlı məlumatlı olduğunu, əməliyyatda iştirak edənlərə kömək etdiklərini və məsuliyyət daşıdıqlarını bildirib.

1998-ci ildə “Susurluq raporu” adını almış, Türkiyədə böyük qalmaqala səbəb olmuş sənəd yayıldı. Bu sənəddə Azərbaycanın da adı hallanırdı və yüksək vəzifəli məmurların bu olayla bağlılığı haqqında geniş məlumatlar dərc olunurdu. Sənəddə konkret olaraq Azərbaycanın indiki dövlət başçısı Ilham Əliyevin Ömər Lütfi Topalla əlaqələri barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda hətta o da qeyd olunmuşdu ki, Ilham Əliyevin Ömər Lütfi Topala 500 min dollar məbləğində borcu olub. Bu borc müqabilində Topala Bakıda “Avropa” otelinin inşasına icarə verilib. Həmin oteldə qumarxana da fəaliyyət göstərib. Ilham Əliyevin də otelə ortaq olduğu sənəddə qeyd olunub.

“Susurluq rapor”u yayılandan sonra Azərbaycanın Xarici Işlər Nazirliyi Türkiyəyə nota verib. Bundan əlavə Azərbaycanın o zamankı dövlət başçısı Heydər Əliyev xüsusi müşavirə keçirdi. Həsən Həsənov bu olayda müqəssir hesab edilərək tutduğu vəzifədən azad edildi. Heydər Əliyev bununla da kifayətlənmədi. O, həmin ərəfədə Türkiyəyə səfərdən imtina etdi. Lakin Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəlin məsələyə müdaxiləsindən sonra problem həllini tapdı./azadlıq/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi