Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Masonluqdan ayrılmış türkdən maraqlı açıqlama

Uzun illər mason lojası üzvü olmuş türk musiqiçidən sensasion açıqlamalar.

Türk musiqi dünyasının ünlü isimlərindən Özdemir Erdoğan Bugun.com.tr-yə masonluqdan nə üçün ayrıldığını danışıb. ‘Sevdim Seni Bir Kere’, ‘İkinci Bahar’, ‘Baharda Kuşlar Gibi’, ‘Küçük Bir Aşk Masalı’, ‘Paranın Ne Önemi Var’, ‘Keman Öğretmeni’  kimi məşhur mahnıların ilk ifaçısı olan 74 yaşlı  sənətçinin o açıqlaması:

...

Masonluqdan niyə ayrıldınız?

Masonluqdan azad olmaq üçün ayrıldım. Biriləri deyir ki, “Gəl biz səni adam edək. Səni bir yerlere gətirək” .

Bütün həyatım boyunca, bax, bircə bunu eşitmək istəməmişəm. Mən heç vaxt mediadan kimsəyə “Mənim üçün bir iki sətir yaz” deməmişəm. Bir iş sahibinə “Məni burada işə götürün” deyə ağız açmamışam.  Kimlərinsə çıxıb “Onu biz bu yerlərə gətirdik” deməsini istəməmişəm”.

Türkiyədə belədir-arxanız yoxdursa, irəli gedə bilmərsiniz.  

Neçə il mason oldunuz?

Mən mason ustadı belə, oldum. Bu iş belədir ki, formata uymalısınız. Məsələn mən onlara lap başlanğıcda dedim ki, içki içmirəm. İlk öncə  “İçmə o zaman” dedilər. Ancaq onlarda “qardaş süfrəsi” deyə bir şey var. Bax, o qardaş süfrələrində basqılar başladı: “Hocam bir-iki qədəhdən bir şey olmaz” filan deyə. “İçmirəm, başqa sözünüz varmı?”.

Mason olub içki içmirsənsə, format xaricinə çıxmış olursan. Buna kim yol verər ki? Formata uyğunlaşmalısan, başqa yolu yoxdur.

Belə şeylər məni sıxdı.

Yasaqlı olduğu illərdə Süleyman Demirəlin illərlə arxasınca ora-bura qaçdım. Niyə, bilirsinizmi? Azad olsun deyə. Ancaq Dəmirəl “Başörtüsü taxmaq istəyirlərsə, Səudiyyə Ərəbistanına getsinlər” dediyi gündən mənim üçün bitdi.

Masonluqdan ayrıldıqdan sonra Sizi sildilərmi?

Təbii ki sildilər. Masonlarla hər yerde qarşılaşmaq mümkündür. Məsələn, bir oteldə çalışırdım, oraya, necə oldusa, bir mason gəlib çıxdı, “Bu adamı niyə işə götürmüsünüz” deyr. İşimdən oldum. Və yaxud, bələdiyyə başqanının masasına bir siyahı gedir: Filan, filan sənətçilər səhnəyə çıxacaq”. Mənim adımın üzərindən xətt çəkilir./bugunaz/

1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber