Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Bu gün rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-3° isti, gündüz 5-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° isti təşkil edəcəkdir.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber