Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

İran terrorla mübarizədə İraqa əl uzatdı

İran "Əl Qaida" terror qruplaşması ilə mübarizə aparmaqda İraqa yardım edə bilər. Bu barədə "Frans Press" agentliyi İran ordusunun Baş Qərargah rəisinin müavini Məhəmməd Hicaziyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əgər İraq istəsə, İran dövləti hərbi-texniki təchizat baxımından İraqa yardım etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, İraqın canlı qüvvəyə ehtiyacı yoxdur.

İsrailə səfəri zamanı ABŞ dövlət katibi Con Kerri də ABŞ-ın İraqa terrorçularla mübarizə aparmaqda yardım edəcəyini bildirib. O, həmçinin "İraq və Şam İslam Dövləti" adlanan terrorçu qruplaşmanın regionda ən təhlükəli olduğunu dilə gətirib./ans/
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi