Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Səmada unikal hadisə - Super Ay görünəcək

Yanvarın sonunda səmada unikal hadisə - Super Ayı görmək mümkün olacaq

Yanvarın sonunda səmada unikal hadisə - Super Ayı görmək mümkün olacaq. Bu zaman Ay Yerə çox yaxınlaşdığından üfüqdə nəhəng disk kimi görünür.

Bu barədə Rosbalt xəbər verir.

"İnforminq" yazır ki, Super Ayı yanvarın 1-də də görmək mümkün idi. Amma həmin hadisəni qaçıranlar təəssüflənməsinlər, o bir də yanvarın 30-da təkrarlanacaq.

Yerlə Ay arasındakı məsafə cüzi dərəcədə azalsa da, bu hadisə heyrətamiz təsir bağışlayır. Planetimizin təbii peyki adi vaxtlarda olduğundan 14% daha iri və 30% daha parlaq görünür. Super Ay praktiki olaraq heç nəyə təsir etməsə də, iri qabarmalar yaradır.

2014-cü ildə Super Ayın görünmə "təqvimi" belədir: 1 və 30 yanvar, 12 iyul, 10 avqust və 9 sentyabr. Avqustun 10-da görünəcək Super Ay ən iri olacaq. Həmin gün Ay planetimizə maksimal həddə yaxınlaşacaq.

Bir ayda iki dəfə Super Ayı bir də 2018-ci ilin yanvarında görmək mümkün olacaq.
day.az
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP