Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Qanlı seçki: 127 məntəqə yandırıldı, 13 nəfər güllələndi

Banqladeşdə keçirilən parlament seçkiləri zamanı yaranan qarşıdurma nəticəsində ən azı 13 nəfər dünyasını dəyişib.

Rusiya KİV-nin xəbərinə görə, ölənlərin əksəriyyəti müxalifətçilərdir. Qarşıdurmaya isə müxalifətçilərin basqın edərək seçki məntəqələrini ələ keçirmək və səsverməni pozmaq istəyi səbəb olub. Bu zaman polis müxalif partiya və hərəkatların üzvü olan 4 nəfəri güllələyib. Bundan başqa müxaliflərin basqınına mane olmaq istəyərkən seçki məntəqəsinin 2 mühafizəçisi öldürülüb.

Müxaliflər yüzlərlə məntəqəyə basqın edib. Təkcə yanvarın 5-nə keçən gecə səsvermənin keçiriləcəyi 127 məktəb yandırılıb. Seçkilərdən sonra isə müxaliflər 150-yə yaxın seçki məntəqəsinə hücum ediblər.

Bu səbəbdən seçkidə fəallıq çox aşağı olub. Beynəlxalq müşahidəçilər isə legitim saymadıqları üçün seçkimi izləməkdən imtina ediblər.

Seçkidən öncə ölkənin millətçi partiyası əhalini boykota çağırıb. Bu, seçkinin nəticələrinin əvvəlcədən hakim "Avami Liqası" partiyasının xeyrinə həll olunması ilə izah edilib. Belə ki, hakimiyyət seçkilər zamanı müvəqqəti hökumətin təşkili ilə bağlı müxalifətin təklifini rədd edib. Qeyd edək ki, müxalifət seçkinin ədalətli keçirilməsi üçün bu təklifi irəli sürmüşdü.

Banqladeşdə iğtişaşlar 2013-cü ildə parlament seçkilərinin təyin olunduğu gündən başlayıb. İndiyə qədər bu iğtişaşlar nəticəsində 150 nəfərdən artıq insan dünyasını dəyişib. Seçki günü asayişi təmin etmək üçün 50 min hərbçi ayrılsa da, itkilər yenə də çox olub.
1143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47