Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Suriyada terroristlər yenə bir-birini məhv etdilər

Suriyada müxalifət qruplaşmaları arasında qarşıdurmalarda 60 nəfər ölüb
Suriyanın şimalında hökümətə qarşı vuruşan “İslam Cəbhəsi”-də bundan sonra radikal “DAİŞ” qruplaşmasına qarşı döyüşə başlayacağını bəyan edib

Suriyanın müxalifət qruplaşmaları arasında qarşıdurmalar geniş vüsət alıb.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, son sutkada müxalifətin radikal islamçı və digər qruplaşmaları arasında ciddi qarşıdurmalar baş verib. Bu döyüşlər əsasən Hələb, ər-Riqqə, İdlib və Huma əyalətlərində baş verib ki, burada minalanmış maşınların partladılması və edam yolu ilə ölənlərin sayı daha çoxdur.

Suriyanın şimalında hökümətə qarşı vuruşan “İslam Cəbhəsi”-də bundan sonra radikal “DAİŞ” qruplaşmasına qarşı döyüşə başlayacağını bəyan edib.

Bu arada “İraq və Şamda İslam Dövləti” (DAİŞ) Türkiyə ilə sərhəddə yerləşən iki strateji mövqeyini tərk etməli olub.

Bildirək ki, radikal qruplaşmalar və eləcə də müxalifətin digər qruplaşmaları arasında baş verən döyüşlər 6 aydır ki, başlayıb. Türkiyə-Suriya sərhəddi müxalifətə göndərilən hərbi və digər yardımların keçid dəhlizi olduğundan, bu bölgədə tərəflər arasında ciddi rəqabət var.
1338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45