Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Ərdoğanın korrupsiyadan xəbəri varmış - Sənəd

Ankarada haqqında rüşvət iddiası qaldırılan və bəraət alan bir MİT işçisi və qrupu tərəfindən Baş nazir Ərdoğanın adı yazılan hesabatın detalları açıqlanıb.

8 ay əvvəl hazırlanan üç səhifəlik hesabatda Rza Zərrabın bir sıra nazirlərlə əlaqələri ortaya çıxıb və bundan hakimiyyət əleyhinə istifadə edilə biləcəyi qeyd olunub.

18 aprel 2013-cü ildə MİT tərəfindən hazırlanan "45650928" saylı üç səhifəlik yazıda Rza Zərrabın fəaliyyəti barədə məlumat verilir. Hesabatın sonunda "Hörmətli Baş nazir" yazılıb.

Hesabatın digər hissəsində isə Rza Zərrabın İqtisadiyyat naziri Zəfər Çağlayan və Daxili İşlər naziri Müəmmər Gülər vasitəsi ilə qardaşı Məhəmməd Zərrabın Türkiyə vətəndaşlığına qəbulu barədə cəhdlər yer alıb.

T24-ün əldə etdiyi məlumatlara görə, hesabatda bu sözlər yer alıb: "İstanbul Qapalıçarşıda valyuta mübadiləsi və qızıl ticarəti ilə məşğul olan, müğənni Əbru Gündəşin əri İran əsilli TC vətəndaşı Rza Zərrab İrana qarşı tətbiq olunan iqtisadi embarqoya görə bank vasitəsilə Türkiyəyə pul göndərməyən İran banklarına və şəxslərinə vasitəçilik edib. İrandakı "Bank-e Parsiyan", "Bank-e Keshavarzi", "Bank-e Pasarqad", "Bank-e Karafarin", "Bank-e Sarma", "Bank-e Saman" ilə əlaqəsinin olduğu, Dübayda fəaliyyət göstərən və dünyada pul transferlərini reallaşdıran "Al Salam exchange"ın şəriki olduğu, Dübayda işləri ilə məşğul olan atası Hüseyin Zərrab və qardaşı Məhəmməd Zərrabın vasitəsi ilə İrandan Dübaya köçürülən pulları bank vasitəsilə Türkiyə və Çinə göndərdiyi, İrana embarqo tətbiq olunması ilə bağlı Çində olan "Postal Saveings Bank of Chine", "Kunlun Bank" və "Huaksi Bank" ayrıca Hindistanda "Bank of Baroda" ilə işlədiyi, "Halkbank" və "Ziraat Bankı" səlahiyyətləri ilə 2013-cü il yanvar ayında görüşdüyü müəyyən olunub".

Hesabatın sonunda bu məlumatlar yer alıb:
"İrana qarşı iqtisadi embarqoya baxmayaraq, İranın və iranlı şəxslərin pul köçürmələrini reallaşdırdığına görə Rza Zərrabın ABŞ tərəfindən qara siyahıya daxil edilməsi təhlükəsi və Zəfər Çağlayan ilə Müəmmər Gülərlə Zərrabın əlaqələrinin ortaya çıxacağı halda bundan hakimiyyət əleyhinə istifadə edilə bilər".
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber