Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Milli aeroportumuzda milli olmayan müdhiş oğurluğa üsyan

Bakı hava limanında yüzlərlə işçi etiraz aksiyası keçirdi
Əməkdaşlar oğurluğa məcbur olunmalarına son qoyulmasını tələb ediblər; təyyarələrdən mənimsənən mallar maşınla necə və hara daşınır; iki bacının adamları təhlükəsizlik xidmətindən necə yayınır?
Bakı hava limanında etiraz aksiyası keçirilib. Bu haqda “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, yüzlərlə insan “Silk-Way” MMC-yə daxil olan “Ground Handling Company”nin Hava Gəmilərinin Məişət Xidmətinin rəisi Xalidə Hüseynova və onun bacısı Göyçəy Əmirovanın qeyri-qanuni hərəkətlərinə, işçiləri nalayiq sözlərlə təhqir etməsinə, onları oğurluğa məcbur etməsinə qarşı etiraz aksiyası keçiriblər.

Etirazçılar əsasən qadınlardan ibarət olan məişət xidmətinin əməkdaşları olub.
Redaksiyamıza məlumat verən qaynaq deyib ki, xidmət rəhbəri işçiləri təyyarələrdən oğurluq etməyə məcbur edir: “Yəni təyyarələr reysdən geri qayıdarkən sərnişinlər üçün verilmiş və istifadə edilməmiş ərzaq, bahalı spirtli içkilər, əsasən fil sümüyündən olan bahalı saxsı qablar, konfetlər, birdəfəlik çay paketləri, salfetkalar, mineral sular, şirələr, şampunlar, sabunlar, hava təmizləyici maddələr və digər məhsullar qalır. Təyyarə geri qayıdarkən xüsusi qablaşdırılma paketlərində olan həmin bahalı içkilərin və məhsulların qalığı bort bələdçi tərəfindən siyahıya alınaraq aktlaşdırılır və plomblanır. Bort bələdçisi gedəndən sonra təyyarəni təmizləmək üçün göndərilən işçilərdən həmin məhsulları və əşyaları oğurlayıb adları çəkilən şəxslərə gətirmək tələb olunur. Nəticədə qablaşdırılmış və plomblanmış qabların plombu qırılır, oradakı bahalı spirtli içkilər, ərzaq və digər məhsullar oğurlanaraq, xidmət rəhbərinə təhvil verilir. Bort bələdçilərin məhsulların qalığı haqda tərtib etdikləri aktla anbara təhvil aktı arasında çox ciddi fərq yaranır. Buna görə AZAL - Ground Handling Company - ”Sky Catering" arasında gərgin vəziyyət yaranır. Oğurluq və mənimsəmə şübhəsi həmin təyyarəni yığışdırıb təmizləyən xadimələrin üstündə qalır və onlar çək-çevirə məruz qalırlar. Üstəlik, xidmət rəhbəri və onun bacısı xadimələri işdən qovacaqları ilə qorxudaraq onları digər oğurluqlara məcbur edirlər. Bu da haqlı etiraz doğurur".

Qaynağımız deyir ki, Hava Gəmilərinin Məişət Xidmətinin rəhbərinin işçiləri təhqir etməsi adi hal alıb: “Əsasən təzə işə gələn işçiləri özünün əməllərinə qurşandırmaq üçün onları incidir, nalayiq sözlər deyir. Buna dözməyən bəzi işçilər yarım gün, yaxud bir gün işləyərək sonra işdən qaçırlar. Hər hansı bir işçi ona bir söz deyəndə ”səni də İkram kimi qovaram", - deyir. Əslində isə İkram işinə çox vicdanla yanaşan idi, o, xidmət rəhbərinin təhqiredici hərəkətlərinə dözməyib işdən getdi. Xalidə Hüseynova işçiləri vəzifəli şəxslərin adını çəkməklə qorxudur. Deyir ki, Cahangir Əsgərovun arvadının qohumuyam, oğlum Milli Təhlükəsizlik Nazirliyində işləyir. Hamı bilir ki, bu, yalandır. O, təyyarələrdən oğurlanan ərzaq və içkiləri, məişətdə istifadə olunan vasitələri təkcə özünə götürmədiyini də tez-tez xatırladır. Deyir “bəyəm mənim maşınım qapıda baxış keçirilmədən elə-belə buraxılır? Əgər bunlar elə belədirsə siz də əlinizdə bir ”klok" keçirin görüm keçirə bilərsiniz?"

Qaynağımız oğurluq malların hava limanından necə çıxarılmasını da açıqlayıb: “Hər gün oğurluq mallarla dolu maşın Göyçəy Əmirovanın ”Sky Catering" bölməsində işləyən ərinin vasitəsi ilə baxış keçirilmədən nəzarət buraxılış qapısından keçir. İşçilər baş verənlər haqda dəfələrlə hörmətli Cahangir Əsgərova müraciət ediblər. Amma heç bir nəticə olmayıb. Vəziyyət daha da dözülməz hala çatıb. Dekabrın 29-da etiraz aksiyasından sonra da nəticə olmadı. İşçilər bu gün də oğurluğa məcbur edilirlər". Qaynağımız deyib ki, yaxın günlərdə Bakı Hava Limanında daha böyük etiraz aksiyası keçiriləcək.
Məsələ ilə bağlı “AZAL”ın mətbuat xidmətinə telefon açdıq. Lakin zənglərimiz cavabsız qaldı. Bununla belə yazıda adı çəkilən hər kəsin və “AZAL” da daxil olmaqla digər 2 qurumun da mövqeyini dərc etməyə hazırıq./musavat/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı