Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

27 yaşlı gənc özünü körpüdən niyə atdı?

Bakıda daha bir tükürpədici intihar; 27 yaşlı Rəfael Hümbətov hamının gözü qarşısında özünü körpüdən atdı
Yanvarın 4-ü axşam saatlarında Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verdi. Təxminən saat 22 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söylədi.
Magistral yol ilə keçənlər intihar etmək istəyən şəxsi fikrindən dönməyə çağırsalar da, o buna məhəl qoymadı. Ətrafdakılar vəziyyətin belə olduğunu görüb polisə və Fövqəladə Hallar Nazirliyinə məlumat verdilər.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olundu və aidiyyəti qurumlar məlumatlandırıldı. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırıldı. Alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edildi.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, o heç bir psixoloji bağlantıya reaksiya vermədi. Qəfil özünü atan gənc əvvəlcə körpünün qoruyucu dirəklərinə dəydi. Havada səmtini bir qədər dəyişdikdən sonra təhlükəsizlik yastığının üzərinə düşdü. FHN-nin xilasediciləri intihar edən gənci dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verdilər. Şəxsiyyəti bilinməyən gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıldı.

Ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmadı.

Yanvarın 5-də intihar hadisəsinin gerçəkləşdiyi körpüdə olaraq, oradakı vəziyyətlə maraqlandıq. Biz ərazidə olarkən bir neçə polisin və əsgərin körpünü mühafizə etdiyinin şahidi olduq. Körpünü mühafizə edən polislərdən biri “Yeni Müsavat”a bildirdi ki, sutkanın bütün saatlarında körpünün mühafizəsi təşkil olunur. Polis əməkdaşı bildirdi ki, ərazidə onlarla birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətinin silahlı əsgərləri növbə çəkir.
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarları ilə təsdiq olunmuş, ölkənin iqtisadiyyatında mühüm rol oynayan və xüsusi əhəmiyyət kəsb edən neft məhsullarının istehsal sahələri, saxlanıldığı anbarlar və nəql olunduğu kəmərlər, kimya sənayesi obyektləri, elektrik stansiyaları, su hövzələri, körpülər, muzeylər, banklar və digər həyat təminatlı obyektlər Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qorunur.
***
Dünən gündüz saatlarında intihar hadisəsi nəticəsində ölən şəxsin kimliyi müəyyənləşdi. 3 saylı Şəhər Klinik Xəstəxanasının morqunda naməlum kimi qeydə alınmış şəxsin 27 yaşlı Rəfael Hümbətov olduğu bilindi. Bu barədə APA TV-yə mərhumun xalası oğlu Anar Əliyev məlumat verib. Anar Əliyevin sözlərinə görə, o, əsəb xəstəliyindən əziyyət çəkib. Ailəsi R.Hümbətovun bu səbəbdən intihar etdiyini düşünür. Mərhum ailəli deyilmiş və heç bir yerdə işləmirmiş.

Qeyd edək ki, Rəfael Hümbətov əslən Qərbi Azərbaycandandır.
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı