Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Türkiyə ilə İran arasında diplomatik istiləşmə

İran XİN rəhbəri qardaş ölkədə olub, bu ayın sonunda Ərdoğan Tehrana gedir, bundan az sonra isə Ruhani Türkiyəyə gələcək...

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edib. Çırağan sarayında türkiyəli həmkarı Əhməd Davudoğlu ilə bir araya gələn Cavad Zərif 1 saat davam edən müzakirələrdə iki ölkə arasında münasibətlər, o cümlədən Suriya münaqişəsini müzakirə edib.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Əhməd Davudoğlu bildirib ki, bu ayın sonunda baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana səfəri planlaşdırılıb. Eyni zamanda Davudoğlu bu səfərdən az sonra İran prezidenti Həsən Ruhaninin Türkiyəyə rəsmi səfərə gələcəyini qeyd edib. Türkiyə XİN rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlər sürətli prosesə qədəm qoyur.

“İnşallah iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirik. Eyni zamanda regional məsələləri də müzakirə etdik. Noyabrda İran və ”altılıq" ölkələri arasında əldə olunan razılaşmanı məmnuniyyətlə qarşıladıq. Biz hər zaman bölgəmizdə nüvə silahı olmayan bir regionun yaradılması düşüncəsinin yayılması və İran kimi dost ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə edə bilməsi və dünya iqtisadi sisteminə inteqrasiya olmasını müdafiə edirik. 3 il əvvəl Tehran razılaşmasını imzalayanda da məqsədimiz bu idi. Bütün bunlardan çox razıyıq" - deyə Davudoğlu bildirib. Davudoğlu həmçinin müzakirələrdə İraq, Suriya hadisələrinin müzakirəyə çıxarıldığını qeyd edib.

Cavad Zərif isə mətbuata açıqlamasında Tehranın Türkiyə ilə əlaqələrə böyük önəm verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Zərif Ərdoğanın İrana səfərini səbirsizliklə gözlədiklərini, bu səfər zamanı yüksək səviyyəli əməkdaşlıq şurasının yaradılacağını bildirib. “İki ölkə arasında ticarət əlaqələrini 30 milyard dollara çatıdrmaq lazımdır. Ancaq bu prosesə 3-cü ölkələrin müdaxilə etməsini istəmirik. Biz hər sahədə, o cümlədən enerji, nəqliyyat, ticarət sahələrində əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq. Eyni zamanda görüşdə regional məsələlərlə bağlı müzakirələr apardıq” - deyə o, əlavə edib.

Qeyd edək ki, İran xarici işlər nazirini baş nazir Ərdoğan da qəbul edib. 1 saatadək sürən görüşdə Əhməd Davudoğlu da iştirak edib.

KƏNAN/musavat
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:08