Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Britaniyalı deputatlar bu gün Tehrana gedəcək

Britaniya Parlamentinin nümayəndə heyəti bu gün Tehrana gedəcək
Rəsmi Tehran və London diplomatik əlaqələri normallaşdırmaqda israrlıdırlar.

SalamNews-un “İrna” agentliyinə istinadla verdiyi xəbərə görə, bu gün Böyük Britaniya Parlamentinin nümayəndə heyəti İranla əlaqələrə təkan vermək məqsədilə Tehrana dörd günlük rəsmi səfərə gedəcək.

Tərkibində Cek Strou kimi sabiq rəsmi şəxslərin də olduğu Britaniya nümayəndə heyətinin üzvləri tehranlı rəsmilər, xüsusilə də İran Şura Məclisi nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək və müzakirələr aparacaqlar.

Bildirək ki, İran-Britaniya əlaqələri hər zaman problemli olub. Belə ki, iki ölkənin diplomatik əlaqələri 2011-ci ilin noyabrında - Tehrandakı Britaniya səfirliyi binasının tələbələr tərəfindən ələ keçirilməsindən sonra gərginləşib. Lakin İranda Həsən Ruhani administrasiyasının hakimiyyətə gəlməsindən sonra tərəflər qarşılıqlı əlaqələri bərpa etmək üçün hərəkətə keçiblər.
1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26