Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Məkkədə zəvvarlar üçün problem yaranıb

Müsəlmanlar üçün müqəddəs olan Həcc ziyarətinin əsas hissəsi yəni, dində Ərəfat günü adlanan tarix yaxınlaşdıqca Kəbə ətrafında Təvaf edən insanların da sayı çoxalır. Ziyarətin ilk günü əgər burada bəlkədə rahat dövr etmək mümkün olurdusa, bu günlərdə həqiqətəndə mümkünsüzləşir.

Səudiyyə Ərəbistanın açıqlamasına görə bu il ziyarətə milyondan cox zəvvar gəlib. Kəbəni ilk görən zəvvar mütləq qaydada onun başında saat əqrəbinin əksi istiqamətində 7 dəfə dövrə vurmalıdır. Butun dünyadan gələn zəvvarlar kimi azərbaycanlılar da bunu dönə-dönə edirlər.

Bu il müsəlmanlar üçün kiçik də olsa problem yaranıb. Məkkənin Kəbə hissəsində davam edən inşaat işləri zəvvarların dövretmə sahəsini daraldıb. Səudiyyə Ərəbistan dövləti zəvvar axınının çoxluğunu nəzərə alaraq əraziyə əlavə konstruksiyalar yerləşdirərək dövretmə sahəsini genişləndirir .

Ans-nin xüsusi müxbiri, Qənirə Ataşova: “Tikinti sonda zəvvarların necə deyərlər mərtəbəli şəkildə Təvaf yəni Kəbə ətrafında dolanmasına şərait yaradacaq. Bu gün isə tikinti işləri fasiləsiz olaraq 24 saat davam edir. Mən ilk dəfə burda olduğum ücün səsin gurluğunu o qədər də hiss edə bilmirəm. Amma əvvəllər bu torpağı ziyarət etmişlər deyirlər ki, tikinti texnikasının səsi həqiqətəndə ciddi maneə idi”.

Amma tikintidən faydalananlar da var. Üst qatdakı yeni Təvaf sahəsindən fiziki qüsurlu zəvvarların əlil arabasında dövr etməsinə şərait yaradılıb.

Aşağıda inşaat işləri ilə bağlı daralan sahədə isə tez-tez izdiham yaşanır. Qısa bir zamanda insan axını hətta digərlərinin ayaqlar altında qalmasına da səbəb olur. Diqqət cəkən məqam isə odurki, “Qara daşa” toxunmaq istəyən zəvvar hətta digər müsəlmanın ayağı altında qalmasına da göz yumur.

Genişləndirmə işləri ilə əlaqədar bu ilə zəvvar kvotasının 20 % azaldılması da izdihamın qarşısını ala bilməyib. İnşaat işləri 2010-cu ildə Məkkənin Şamiyə bölgəsində başlayan işlərin nə vaxt yekunlaşacagı isə hələ bəlli deyil.
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı