Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Dəməşqdə 200 terrorçu əsgərlərə təslim olub

Suriyanın paytaxtı Dəməşqin şimalında yerləşən Məsakin-Bərzi rayonunda 200 döyüşçü hərbçilərə təslim olub.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "əş-Şam" radiostansiyası məlumat yayıb.

Məlumata əsasən, qiyamçıların silahı yerə qoymaq və müqaviməti dayandırmaq qərarına onların hökumətlə təmasında vasitəçi kimi çıxış edən yerli sakinlər təsir ediblər.

Bildirək ki, Məsakin-Bərzi Dəməşqin hökumət qüvvələri ilə müxalifət qruplaşmaları arasında barışığın əldə olunduğu üçüncü rayonudur. Belə ki, bundan əvvəl bu təcrübə Müədamiyyə rayonu və fələstinli qaçqınların Yərmuk düşərgəsində həyata keçirilib.

SƏNA agentliyinin verdiyi məlumatda ordu qüvvələrinin paytaxtın şimal-qərbində - Livanla sərhəd istiqamətində yerləşən Kara şəhərinin yaxınlığındakı Zəmrani və Vadi şeyx-Əli dərələrində döyüşçüləri izləməyə davam etdikləri deyilir. Ərazidə bir sutka ərzində yeddi terrorçu öldürülüb, onlarla döyüşçü isə yaralanıb.
1541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır