Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Xalın təhlükəsi

Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.
Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan "zərərsiz" xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri "həcmli" xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.
Bu simptomların arasında:
- xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.
- xalın kənarları nahamar - dalğavari və ya "dişli" şəkil aldıqda.
- xalın rəngi normada dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.
- xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.
- xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.
Əgər Siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq Sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır./saglamolun/
1622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...