Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Ərdoğanın hər iki əlində müsəlman qanı var – CHP lideri

"Sözcü” qəzetinin verdiyi xəbərə görə, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib.

Hatayda müzakirələrə səbəb olan yük maşını ilə əlaqədar açıqlama verən CHP lideri bildirib: “Hatayda bir TIR ələ keçirilib. Gizli məlumat gəlir ki, içində silah var. Prokuror vəzifəsini icra edir və polisə, jandarmaya təlimat verir ki, maşını dayandırmaq lazımdır, axtarış aparılacaq. Qanun bunu tələb edir. Ammaq Rəcəbin maşınında axtarış aparılmır. Guya maşında humanitar yardım var. Humanitar yardım, ərzaq nə vaxtdan dövlət sirri olub. Nazir deyir ki, o TIR hələ sərhədi keçməyib. Baş nazir deyir ki, “Suriyada türkmənlər var yardın onlara gedir.” Türkmənlərlə əlaqə saxlanılıb, onlar “bizə bu günə qədər heç bir humanitar yardım gəlməyib” deyirlər. Bunlar Suriyada tökülən hər damla qandan məsuldurlar. Rəcəb Tayyib Ərdoğanın hər iki əlində müsəlman qanı var."

Xatırladaq ki, yanvarın 2-nə keçən gecə ölkənin Suriya ilə sərhəddə yerləşən Hatay bölgəsində “Fiat” markalı avtmobilin müşayiəti ilə hərəkət edən TIR polislər tərəfindən saxlanılıb. TIR-da silah daşındığı barədə məlumatın olduğunu bildirən polislər avtomaşında axtarış aparmaq istəyiblər. Məlum olub ki, TIR və onu müşayiət edən maşındakılar Milli Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarıdır./SalamNews/
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...