Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Son bir həftə ərzində Şamaxıda iki məktəbli qız özünü asıb

Şamaxı rayonunda 11 yaşlı qız özünü asıb.

Şamaxı rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə yanvarın 5-də rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Pərvanə Hafiz qızı Səlimova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihara cəhd edib.

Göylər kənd orta məktəbinin V sinif şagirdi olan Pərvanə Səlimova koma vəziyyətində Ağsu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dekabrın 30-da Göylər kəndində yaşayan 14 yaşlı Nuranə Aqil qızı İsmayılova da özünü asmışdı.

Hər iki faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı