Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Ağdaşda intihar edən 5 uşaq atasının meyiti su kanalında tapılıb

Ağdaş rayonunda özünü su kanalına ataraq intihar edən şəxsin meyiti tapılıb.

Yanvarın 4-də Ağdaş rayonu Şəkili kənd sakini 1959-cu il təvəllüdlü Məcnun Xaləddin oğlu Əsgərovun yaşadığı evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına özünü ataraq intihar etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Sularında Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları gələrək axtarışa başlayıblar. Axtarış nəticəsində həmin şəxsin meyiti bu gün kanaldan tapılıb.

Qeyd edək ki, M.Əsgərov 5 uşaq atasıdır. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır./apa/
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<