Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

“Nemət bildirdi ki, hər gün, hər dəqiqə müharibə şəraitində yaşayırıq”

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlı kamera yoldaşı ilə onun arasında gərginliyin aradan qalmadığını xəbər verib. Bunu “Media forum” saytına Nemət Pənahlının xanımı Həcər Pənahlı bildirib.

Həcər Pənahlı deyib ki, oktyabrın 11-də Nemət Pənahlı ilə telefon əlaqəsi saxlayıb: “Nemət bildirdi ki, onu kamera yoldaşının əli ilə hər gün təxribata çəkmək istəyirlər. Nemət dedi yaxşı ki, bunu tam mənada başa düşürəm. Deyir bir məhbusla mənim kameramı ayırmaq bu qədərmi çətindir? Nemət bildirdi ki, hər gün, hər dəqiqə müharibə şəraitində yaşayırıq”.

Həcər Pənahlı məsələ ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla əlaqə saxladığını qeyd edib: “Elçin Behbudov bildirdi ki, Nemətə deyin narahat olmasın, onunla görüşmək üçün ədliyyə naziri Fikrət Məmmədova və prezident İlham Əliyevə məktub göndərmişəm. Penitensiar Xidmət vəkilə məktub verməlidir ki, Nemətlə görüşə bilsin. Vəkili də müraciət etməkdən bezib. Yəqin istəyirlər ki, Nemətə yenidən cinayət işi qaldırsınlar”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin sentyabrından Nemət Pənahlının yaxınları bildirirlər ki, kamera yoldaşı ona təzyiqlər edir, bu isə gündəlik dava-şavaya gətirir. Onlar ya Nemət Pənahlının, ya da o biri dustağın başqa kameraya keçirilməsin istəyirlər. Elə həmin ay Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib və bildirib ki, Nemət Pənahlını heç kim təxribata çəkmir, heç kimin onunla konflikti yoxdur.
1803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi