Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

8 yaşlı qız cəhənnəm kəmərində tutuldu

Özünü partlatmaq istəyən 8 yaşlı qız cəhənnəm kəmərində tutuldu
Əfqanıstanda ölüm-itim, qan-qada az qala adi həyat tərzinə çevrilib. Hər gün bu ölkədə onlarla günahsız insan terror aktlarının qurbanı olur. Ən dəhşətlisi isə terrorçu-kamikadzelər qismində azyaşlılardan istifadə edilməsidir.
Onlardan birini – 8 yaşlı qızı əfqan polisi cəhənnəm kəmərində tuta bilib. BBC-nin verdiyi məlumata görə, qızcığaz Helmend əyalətindəki polis şöbələrinin birinin qarşısında özünü partlatmaq istəyibmiş.
Şahidlərin sözlərinə görə, uşaq sadəcə, minalanmış kəmərin düyməsini vaxtında basa bilməyib. Polisin ehtimalına görə, bütün bunların arxasında qızın taliblərin komandirlərindən olan böyük qardaşı durur.
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"