Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Gülən bütün gücünü Ərdoğanı devirməyə yönəldib

“Əldəki bütün imkanlarla kadrlarımızı sistemin içinə sızdırmalıyıq”. “Axar.az” məlumat verir ki, Almaniyanın “Der Şpigel” jurnalı bu sözlərin Fətullah Gülənə aid olduğunu bildirib. Alman jurnalı Gülənin bütün gücünü Ərdoğanı devirməyə yönəltdiyini deyib. Başqa bir isimlə jurnala müsahibə verən “camaat” liderinin ən yaxın adamlarından biri bu müharibənin hələ çox davam edəcəyini söyləyib: “Bu savaş qorxulu nəticələr yaratsa belə, kimsə məğlub olana qədər davam edəcək”. “Der Şpigel” Fətullah Gülənin əmlakı haqqında da məlumat yayıb: “Hazırda bu liderin 15-35 milyard avro arasında pulu var. Bütün hər şey təkcə bununla bitmir. Fatih Universiteti, dünyanın 140 ölkəsində təhsil müəssisəsi, “Zaman” qəzeti, Samanyolu və Ebru TV, Asiya bankı, İşıq Sığorta da bu adama aiddir”.
1634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13