Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Android mobil telefonlarda yenilik

Google-nin əsl niyyəti menyu düyməsini tamamilə aradan qaldırmaqdan çox Samsung kimi nəhəng istehsalçıları bu düyməni istifadə etməkdən çəkindirməkdir

Samsung başda olmaq üzrə bir çox telefon istehsalçısının cihazlarında yer verdiyi düymə yaxın gələcəkdə olmayacaq. İnterAz-ın qərb mətbuatına istinadən verdiyi məlumata görə, ağıllı telefonların məşhur proqramı android əməliyyat sistemini bu gün bir çox məşhur mobil telefon markası telefonlarında istifadə edir.

Bir çox cihazda gördüyümüz və menyu parametrlərinə keçid təmin edən menyu düyməsi yeni nəsil android cihazlarda iştirak etməyəcək.

Android üzərində işləyən mühəndis Adam Povel mövzuyla əlaqədar açıqlama verib. O, Twitter hesabından etdiyi şərhdə bir sonrakı Android telefonlarda menyu düyməsinin iştirak etməyəcəyini açıqlayıb. Əslində Nokia və bəzi telefon istehsalçılarının telefonlarında etdiyi sadələşdirmə android cihazlarının istehsalçılarını da ilhamlandırıb. Ancaq Googlenin əsl niyyəti menyu düyməsini tamamilə aradan qaldırmaqdan çox Samsung kimi nəhəng istehsalçıları bu düyməni istifadə etməkdən çəkindirməkdir.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı