Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Kəbənin yeni üzlüyü həcc mövsümündə nümayiş etdiriləcək

Müqəddəs kəbə evinin yeni pərdə üzlüyündə 120 kq qızıl-gümüş və 670 kq ipək istifadə edilib.

SalamNews-un “əl-Aləm” telekanalına istinadla verdiyi xəbərə görə, bu ilin həcc mövsümündə Kəbə evinin üzlüyü dəyişdirilərək yerinə yeni üzlük qoyulacaq. Yeni üzlük zihiccə ayının doqquzunda Ərəfə günündə (13 oktyabr) nümayiş etdiriləcək və kəbə evinə taxılacaq.

Müqəddəs Kəbə evinin üzlüyünü tikən sexin müdiri Məhəmməd bin Abdullah Bacudənin sözlərinə görə, yeni üzlük 658 kvadrat metrdir və onun tikilməsində 120 kq qızıl-gümüş və 670 kq Italiyadan gətirilmiş xalis ipək parçası istifadə edilib.

Bildirək ki yeni üzlüyün tikilib ərsəyə gəlməsinə 6 milyon dollar sərf edilib. Kəbə evinin pərdəsinin tikilməsi üçün xsüsi tikiş sexi inşa edilib ki, bu sexdə 210 insan işləyir. Yeni üzlük müqəddəs Kəbə evinə taxıldıqdan sonra ,köhnə üzlük tikə parçalara bölünərək, dünyanın tanınmış şəxsiyyətlərinə hədiyyə edilir.
1781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber