Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

“Cihad Ceyn” 10 il müddətinə azadlıqdan məhrum edilib

ABŞ məhkəməsi “Ceyn-Cihad” ləğəbi ilə tanınan, isveçli rəssam Lars Vilksə qarşı sui-qəsd cəhdində ittiham edilən 50 yaşlı amerikalı qadın Kolin Larouzu 10 il müddətinə azadlıqdan məhrum edib.

Apa-nın “Lenta.ru”-ya istinadən verdiyi məlumata görə, istintaqla fəal əməkdaşlıq etdiyinə görə, hakim Kolin Larouza qarşı hökmün yumşaldılmasına razılıq verib.

2009-cu ildə həbs edilən Larouz iki il sonra günahını etiraf edərək, Məhəmməd peyğəmbərə bir neçə karikatur çəkmiş isveçli rəssama qarşı sui-qəsdin hazırladığını etiraf edib.

Amerikalı qadın Federal İstintaq Bürosunun müstəntiqlərinə uydurma ifadələr verdiyini də boynuna alıb. Bütün bunları nəzərə alaraq, Larouza ömürlük həbs cəzası veriləcəyi güman edilirdi.

İstintaqa görə, İslamı qəbul edən Larouz İnternet vasitəsilə isveçli rəssam Vilksi öldürməyə hazır olanların axtarışını aparıb.

Öncə “Əl-Qaidə” terror şəbəkəsinin Lars Vilksi öldürənə 150 min dollar mükafat vəd etdiyi də bildirilirdi.
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 0