Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Bakının nəqliyyat problemi bitmir ki, bitmir...

Xüsusilə də sərnişin daşıyan avtobuslar yollarda qələbəliyin yaranmasında öz böyük töhfəsini verirlər.

Şəhərin müxtəlif nöqtələrində bu vəziyyətlə qarşılaşmaq olar. Paytaxtda avtobusların ən intensiv hərəkəti olan "Əhmədli" metro stansiyasının çıxışı və 8-ci kilometr bazarı adlanan ərazilərdir.

Əvvəlcə, ondan başlayaq ki, bu ərazidən çoxlu sayda marşrut xətti keçir. Təxminən 30-a yaxın, bəlkə də ondan da çox iri və orta tutumlu avtobuslar. Onların hamısı, eyni zamanda, dayanacaqda olsa, bu artıq nəqliyyatın hərəkətini məhdudlaşdırır.

Digər məsələ isə həmin ərazilərdə yolda bir, bəzən isə 2 sıra taksilər düzülür. Bu isə yolu nəzərə çarpacaq qədər daraldır.

Problem yaradan üçüncü amil ondan ibarətdir ki, bəzi avtobuslar yolun sağ, ən aşağı surətlə idarə olunmağı nəzərdə tutan zolaqla sürmək əvəzinə, sola ikinci və üçüncü dərəcəli sürət zolağına, hətta bəzən əks istimətlə belə hərəkət edirlər. Bütün bunlar isə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur, bəzi hallarda isə avtomobillər 2 avtobusun arasında qalır.

Avtobus sürücülərinin sürücülük qabiliyyətini necə qiymətləndirirsiz?

Elə vətəndaşlarımız var ki, qaydalara riayət etməyən sürücüləri nəinki başa düşür, hətta bəzi məqamlarda onlara bəraət də qazandırır.

Adi sürücülər də avtobus idarə edən həmkarları haqqında elə də ürəkaçan sözlər demədilər.

Maraqlıdır ki, taksi sürücüləri yollarda problemlərin yaranmasında elə avtobus sürücülərini təqsirkar görür.

Bu situasiyaya görə nədənsə rus təmsilçi İvan Krılovun “Qu quşu, durna balığı və xərçəng” adlı təmsili yada düşür. Orada personajlar bir arabanı daşımaq qərarına gəlir, lakin hər biri fərqli istiqamətə getdikləri üçün onların yükü yerində qalır. Lakin, hərə öz işini və yerini bilsə, yəqin ki, problemlər də daha tez həll olunardı... Bu misalı avtobus və taksi sürücülərinə də aid etmək olar... Hər halda, məsələyə birbaşa aidiyyatı olan Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, onlar tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görülür.
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı