Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Qripdən qoruyan meyvələr

Soyuq havaların gəlməsi ilə dünyada qrip virusu yayılıb. Mütəxəssislər qripdən qorunmaq üçün meyvə yeməyin önəmli olduğunu deyirlər. Qripdən qorunmaq üçün lazım olan meyvələr isə bunlardır.

Alma: Alma E və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Gün ərzində yeyilən iki alma xolestrolu aşağı salır və xərçəng hüceyrələrinə qarşı mübarizə aparır.

Nar qanın miqdarını artırır, sidik qovucudur, enerjini artırır, qan təzyiqini aşağı salır. Bunlarla bərabər bədəndə vitaminlərin miqdarını artırır.

Portağal: Qışın ən önəmli meyvələrindən olan portağal C vitamini ilə zəngindir. Tərkibində B vitamini yüksək miqdarda olduğundan qan təzyiqini normada saxlayır. Qripdən qorunmaq üçün ən önəmli meyvə olduğundan həkimlər daha çox portağal yeməyi tövsiyə edirlər.

Naringi xəstəliklərə qarşı mübarizə aparmaq üçün lazım olan ən yaxşı meyvədir. Damarlarda qanın hərəkətini sürətləndirən naringi bədənin immunitetini də gücləndirir. Gündə iki ədəd naringi yemək bütün xəstəliklərdən qoruyur. /musavat/
1727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16,