Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Suriyanın Türkiyə ilə sərhəddidndə atışma başlayıb

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində, 2 müxalif qruplaşma arasında silahlı insident baş verib. Ans Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayəti Akçakale rayonunun 100 metrliyində Suriyanın Təl Əbyəd bölgəsində baş verib.

Məlumata görə, "Əl-Qaidə" terror qruplaşmasına bağlı İraq Dəməşq İslam cəbhəsi ilə digər müxalif qrup "Əl-Nüsra" arasında 3 gün əvvəl silahlı toqquşma baş verib. İnsidentə, "Əl-Nüsra"nın nəzarətində olan Aynəlarus qəsəbəsini əlqaidəçilərin ələ keçirmək istəyi səbəb olub.

Qruplar arasında baş vermiş silahlı insident səbəbindən mülki əhali bölgəni tərk etməyə başlayıb. Ölkədə, müxalif qruplaşmalar arasında başlayan toqquşmanın bütün Suriyaya yayılacağına dair təşviş yaranıb.
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat