Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Bakıda tapılan meyitin şəxsiyyəti məlum olub

Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Rayon polis idarəsi və prokurorluq orqanları əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu 1974-ci il təvəllüdlü paytaxt sakini İonov Nikolay Anatoliyeviçdir. Onun meyiti Sabunçu qəsəbəsi Qamboy Vəzirov küçəsində, dəmir yol stansiyasının yaxınlığındakı bataqlıq ərazidə tapılmışdı.

Mərhumun meyitini görən vətəndaşlar dərhal hüquq mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn rayon polis idarəsi və prokurorluğun əməkdaşları meyiti və ərazini müayinə ediblər. Aparılan ilkin müayinələr zamanı meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməs də, onun sifət nahiyə tanınmaz halda olub.

Daha sonra mərhumun meyiti daxili və xarixi müayinə olunması üçün ekspertizaya aparılıb.

Araşdırmalar zamanı Nikolay İonovun tüfeyli həyat tərzi sürürdüyü və içki alüdəçisi olduğu da məlum olub.

Hazırda faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalar aparılır. Nikolayın dəqiq ölüm səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq./ans/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03