Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Suriyada radikal “DAİŞ” qruplaşması müxalifətin 50 üzvünü edam edib

Hazırda bu qruplaşma Suriyanın şimal əyalətləri və İraqın əl-Ənbar əyalətlərində bir çox bölgələri nəzarətə alıb

Radikal silahlılar Hələbdə qətliam törədiblər.

İnterAz-ın əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, bu barədə Hələbdə yerli fəallar məlumat verib. Bildirilib ki, “İraq və Şamda islam Dövləti” (DAİŞ) dünən axşam Hələbin Dəvvar-Qadi bölgəsində öncədən həbs etdiyi 50 nəfəri edam edib. Edam edilənlərin sıralarında müxalifətin üzvləri, təcili tibbi yardım işçiləri, jurnalistlər, qadınlar da olub.

Bildirək ki, Suriyanın şimalında son 3 gün ərzində sözügedən radikal qruplaşma ilə müxalifətin digər qruplaşmaları arasında şiddətli qarşıdurmalar baş verib ki, burada 120-dən artıq insanın öldüyü bildirilir. Radikal “DAİŞ” qruplaşması ilk dəfə 2006-cı ilin oktyabrında İraqda təsis edilib. Radikal sələfi və təkfirçi fikirlərə malik olan bu qruplaşmanın əsas fəaliyyət bölgəsi İraq və Suriyadır. Qruplaşmanın birinci lideri Əbu-Ömər əl-Bəğdadi 19,4,2010-da İraqda öldürüldükdən sonra, Əbu-Bəkr əl-Bəğdadi lider seçilib. Suraya daxili müharibəsi geniş vüsət alandan sonra “İraq İslam Dövləti” qonşu ölkədəki Nusra-Cəbhəsi ilə birləşərək, “İraq və Şamda İslam Dövləti” qruplaşmasının təsis ediblər. Hazırda bu qruplaşma Suriyanın şimal əyalətləri və İraqın əl-Ənbar əyalətlərində bir çox bölgələri nəzarətə alıb.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı